Ru
10:27 / 13 Oktyabr 2025

21 yaşlı Rəvan maşında yanaraq ölüb - VİDEO

21 yaşlı Rəvan maşında yanaraq ölüb - VİDEO
Eye

Xəbər verdiyimiz kimi, dünən Oğuz rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 21 yaşlı Rəvan Ağasəf oğlu Mirzəyev həlak olub.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə hadisəni əks etdirən görüntülər yayılıb.

Bildirilib ki, saat 20:30 radələrində Nihad Namiq oğlu Əlizadə “BMW” markalı avtomobillə yaşadığı Oğuz rayonu Padar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman maşın aşaraq yanmağa başlayıb.

Yaxınlıqdakı şəxslərin də köməkliyi ilə sürücü tez avtomobildən çıxarılıb. Lakin ön oturacaqda sıxılaraq qalan Rəvanı dərhal çıxarmaq mümkün olmayıb və nəqliyyat vasitəsi alışaraq yanmağa başlayıb. Nəticədə R.Mirzəyev hadisə yerində həyatını itirib.

Qəza yerindən görüntüləri təqdim edirik:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar