“Media haqqında” qanunun müəyyən müsbət cəhətləri oldu. Bununla yanaşı media reyesterinin yaranması mətbuatda təşkilati baxımdan bəzi problemləri həll edə, o cümlədən tez-tez yaranan yalançı media qurumları, rekertçiliklə məşğul olanlarla bağlı da müəyyən durulma yarada bilir. Amma bütövlükdə reyesterdən doğan bəzi neqativlər var ki, onu da biz mütləq nəzərə almalıyıq”.
Bu fikirləri
Bakupost.az -a açıqlamasında
Əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli deyib.
Q. Məhərrəmli bildirib ki, reyesterə düşmək üçün qoyulan tələblər müsbət haldır:

“Saytlar üçün orijinal 20 özəl xəbərin olması müsbət haldır. Bu, işini yalnız başqa saytlardan copi etməklə quran, aqreqator saytların sıradan çıxaracaq, müəyyən rəqabət mühiti formalaşdıracaq. Lakin mənə elə gəlir ki, bu heç vaxt keyfiyyət göstəricisi ola bilməz. Hər şeyi peşəkarlıq müəyyən edir. Məsələn, hansısa media qurumu 20 orijinal, amma heç kimi maraqlandırmayan xəbər verə bilər. Lakin digər bir media qurumu 5 orijinal və ictimai əhəmiyyət kəsb edən xəbərlə ciddi oxucu auditoriyası yarda bilər. Ona görə bu gün peşəkarlıq məsələsi bizim mətbuatın əsas problemidir. Xəbərləri, məlumatları çatdırmaq, mövzuları seçmək, reportajları hazırlamaq və cəmiyyət üçün əhəmiyyətli məlumatları əldə etmək, onları anlaşıqlı formada cəmiyyətə çatdırma problemi də mövcuddur. Onu da deyim ki, o, normalar müəyyənləşməzdən əvvəl də bəzi saytlar çox yaxşı işləyirdi. Qanun qəbul ediləndən sonra da bu fəaliyyətlərini artırıblar. Saytlarda özəl xəbərlərə daha çox rast gəinir”.
Fərid
Baku Post
Həmçinin oxuyun:
Medianın müstəqilliyini boğmaq üçün hakimiyyət bilmir ki,hansı fırıldağa əl atsın.Halbu ki mediaya nəzarətin bir yolu var.Kiminsə eyibini olduğu kimi deyil,yalandan göstərirsə qanunla cərimələnməlidir.Məsələn,dərman alveri ölkədə özbaşınalığın qurbanına çevrilib.Bunu yazmaq üçün,nə fərqi var ki,sayt reyestrə salınıb,ya yox?Qulu müəllim hakimiyyət yönlüdür.Onun fikirləri Azərbaycan mətbuatını qorxaqlaşdırır.