Ru
17:21 / 31 Avqust 2020

Mə­harətlə ört-basdır edilən mürəkkəb cinayət işi - Müşfiq Abbasovun qələmindən "-4"

3401

“- 4” romanı uzun illər prokurorluq orqanlarında mühüm işlər üzrə baş müstəntiq kimi çalışan detektiv yazıçı Müşfiq Abbasovun ilk əsəridir. Müəllifin araşdırdığı cinayət hadisələri, üstünü açdığı qətllərin təcrübəsindən ərsəyə gələn əsərdə mə­harətlə ört-basdır edilən mürəkkəb bir cinayət işinin istintaqından bəhs olunur.

"BakuPost" xəbər verir ki, əsərin qəhrəmanı yüksək məntiq və intuisiyaya sahib Yusif Axundovun simasında prokurorluq orqanları əməkdaşlarının mürəkkəb, şərəfli və təhlükəli işindən, qarşılaşdıqları çətinliklərdən söz açılıb.

Ən önəmlisi isə onların cinayət törədən qatillə yanaşı vəzifə səlahiyyətlərindən yararlanıb məs­ləyinə xəyanət edən, cinayətkara havadarlıq edən həmkarları ilə mübarizəsi ön plana çəkilib.

Müşfiq Abbasovun bu əsərinin Azərbaycan milli detektivində özünəməxsus üslubu və möv­qeyi ilə fərq­lənəcəyinə, klassik detektivin maraqlı nümunəsi kimi birnəfəsə oxunub oxucu auditoriyasının qəlbini fəth edəcəyinə əminik.

Hazırda "-4" romanı çap ərəfəsindədir və tezliklə oxucuların ixtiyarına veriləcək.

Qeyd edək ki, 208 səhifədən ibarət kriminal roman Azərbaycan Respublikasının məhrum Baş prokuroru, şəhid İsmət Qayıbova ithaf olunub.

Bu romanın nəfis tərtibatda kitab halında çapı "Liatris Holding"in maliyyə dəstəyi hesabına həyata keçirilib.


Mə­harətlə ört-basdır edilən mürəkkəb cinayət işi  - Müşfiq Abbasovun qələmindən "-4"
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər