"Mən həbs olunanda Ramiz Mehdiyev evimin qarşısına buldozer gətirmişdi ki, guya qeyri-qanuni tikilidir, sökülsün. Allah rəhmət eləsin, o zaman Sirus Təbrizli deyəsən, Bəylər Əyyubova zəng etmişdi, o da sağ olsun, cənab Prezidentə məruzə etmişdi. Prezident də əsəbləşmişdi ki, bu nə biabırçılıqdır?"
Bakupost.az xəbər verir ki, bunu "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı bildirib.
Onun sözlərinə görə, Ramiz Mehdiyevin bu planı baş tutmayıb:
"Amma Ramiz Mehdiyev Əli Həsənovla birlikdə mənim ömrümü başdan-ayağa tərsinə yazdırdı. Bizim anamızı ağlatdı Ramiz Mehdiyev-Əli Həsənov cütlüyü. Azərbaycan mediasını bədbəxt etdilər. Mən bunların hamısını yazmışam. Tutdurublar, oyun açıblar başıma. Mənim qardaşımı 2011-ci ildə işdən çıxartdılar. Dayım oğlunu işdən çıxartdılar, anamı, gəlinimizi işdən çıxartdılar. Hamını işsiz qoydular. Bütün bunları Ramiz Mehdiyev-Əli Həsənov şəbəkəsi etdi”.
Lalə Novruz, BakuPost