Ru
12:28 / 04 Dekabr 2025

"Akademiyada Mehdiyevin üzvlük məsələsinə baxılacaq" – İsa Həbibbəyli

"Akademiyada Mehdiyevin üzvlük məsələsinə baxılacaq" – İsa Həbibbəyli
Eye

Azərbaycan Milli Elmlər Akademiyası Ramiz Mehdiyev ilə bağlı yaranmış vəziyyətə görə dərin təəssüf hissi keçirir.

Bakupost.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, məhkəmə qərarından sonra Ramiz Mehdiyevin həqiqi üzvlük məsələsinə baxılacaq.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar