Ru
12:51 / 27 Yanvar 2021

Məktəblərdə ənənəvi təhsil 15 gündən sonra dayandırılacaq? - AÇIQLAMA

2981
Təhsil Nazirliyi məktəblərin 15 günlük açılması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

"BakuPost" xəbər verir ki, nazirliyin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib ki, dərslərin başlamasının COVID-19-a yoluxmanın artmasına səbəb olub-olmadığı 14 gündən sonra aydınlaşacaq.

“Fevralın 1-də tədrisin bərpası ilə bağlı şəhərdaxili hərəkətlilik artacaq. Əgər 14 gün ərzində yoluxma sayı kritik həddə çatsa, 5-9-cu siniflər üçün tədrisin bərpası ləngiyəcək. Amma say kritik həddə çatmasa, məktəblərdə dərslərin bərpası prosesini davam edəcəyik”- nazirlik rəsmisi bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər