Sentyabr ayında məktəblərin açılmasından sonra ölkənin müxtəlif bölgələrində və paytaxtda şagirdlər üçün velosiped yarışlarının keçirilməsi nəzərdə tutulur.
Bakupost.az xəbər verir ki, bu barədə məlumat avqustun 26-da Azərbaycan Velosiped İdmanı Federasiyası ilə Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi təlim kurslarının açılış mərasimində verilib. Kurslar bölgələrdə velosiped idmanını inkişaf etdirmək məqsədilə fəaliyyət göstərəcək məşqçilərə həsr olunub.
Federasiyanın Birinci vitse-prezidenti Sahib Ələkbərov bildirib ki, yarışların təşkili məktəblilərin sağlam həyat tərzinə təşviqi və velosiped idmanına marağın artırılması baxımından böyük önəm daşıyır.
O əlavə edib ki, bu tədbirlər məktəblərdə idman mühitinin inkişafına, gənclərin vaxtlarını səmərəli keçirməsinə və gələcəkdə peşəkar idmançılar kimi yetişmələrinə imkan yaradacaq.