Ru
10:15 / 06 İyun 2026

Memar Əcəmi Naxçıvaniyə həsr olunan film çəkilir

Memar Əcəmi Naxçıvaniyə həsr olunan film çəkilir
Eye

Memar Əcəmi Naxçıvaninin həyat və yaradıcılığına həsr olunmuş bədii-sənədli film üzərində çalışırıq”.


Bakupost.az xəbər verir ki, bu sözləri Teleqraf-a müsahibəsində Azərbaycan Respublikası Kino Agentliyinin Baş direktorunun müşaviri, Əməkdar incəsənət xadimi Elxan Cəfərov deyib.

O, bildirib ki, film istehsalat mərhələsindədir: “İlin sonuna qədər işimiz tamamlanacaq. Düşünürəm ki, bu ekran əsəri vasitəsilə tamaşaçılara Memar Əcəmi haqqında dolğun və dəyərli məlumat təqdim edə biləcəyik. Çəkilişlərin əsas mərhələsinə iyulun əvvəlində start veriləcək. Çəkilişlər indi də davam edir, amma bunlar daha çox sənədli kadrlardır. Naxçıvanda sənədli materialların çəkilişini aparırıq”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar