Ru
17:05 / 24 Fevral 2026

Memarlıqla sənətin vəhdəti: Kağız və gildən yaranan dünya - FOTO

Memarlıqla sənətin vəhdəti: Kağız və gildən yaranan dünya - FOTO
Eye

Qax şəhərində doğulub boya-başa çatan Aydagül Qocayeva əczaçılıq təhsili almasına baxmayaraq, uşaqlıq arzusu olan memarlığın ardınca getmək cəsarətini göstərib. 2012-ci ildə İstanbulda başladığı memarlıq təhsilini 2016-cı ildə uğurla tamamlayandan sonra peşəkar fəaliyyətini bir müddət Polşanın Qdansk şəhərində davam etdirib. 2021-ci ildə yenidən İstanbula dönən memar hazırda layihələrini sənətin incəlikləri ilə çuğlaşdırır.

Gilə və kağıza "can verərək" yaratdığı heykəlləri ilə diqqət çəkən Qocayevanın əsərləri Türkiyə sənət dünyasında böyük maraqla qarşılanıb. Onun yaradıcılığı ilk dəfə 3 dekabr 2025-ci ildə İAAF (İstanbul Art & Antique Fair) sərgisində, daha sonra isə 11 fevralda "Sənətdə Sənətçinin Sözü" sərgisində sənətsevərlərin ixtiyarına verilib.


"Biri Vardı, Biri Yoxdu": Yox Olan Təbiətin Nağılı


Aydagülün yaradıcılığının ən diqqətçəkən tərəfi gündəlik həyatda sadə görünən kağıza verdiyi yeni həyatdır. Tamamilə əl işi olan və kağız qatlama texnikası ilə hazırlanan "Biri vardı, biri yoxdu" adlı əsəri müasir dünyanın ən böyük yarasını təsvir edir.

Arxa fonda sürətlə yüksələn boz şəhər silueti, ön tərəfdə isə məhv olan ağaclar... Bal hazırlamaq üçün çırpınan arılar artıq təbiətdə gerçək çiçək tapa bilmirlər. Ümidlərini əldə qalan son parıltıya bağlayan arılar havada uçan süni çiçəyə tərəf yönəlirlər. Bu kompozisiya bizə acı həqiqəti pıçıldayır: Təbiət tədricən nağılların girişindəki kimi "biri vardı, biri yoxdu"ya çevrilir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar