Ru
11:35 / 06 May 2023

Kasıbçılıq, səfalət və aclıq içində...- Rəsulzadənin nəvəsinin ölüm anı - VİDEO

60754
"Fotoda bilirsiz kimdir? Məmməd Əmin Rəsulzadənin nəvəsi, oğlu Azərin övladı Ramiz Rəsulzadə. 1942-ci ildə Qazaxıstanda doğulub. Onun da taleyi şəcərənin əksər üzvləri kimi kədərli olur".

Bakupost.az xəbər verir ki, bunu sosial şəbəkədə tanınmış tarixçi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev yazıb.

O qeyd edib ki, Ramiz Rəsulzadə repressiyalardan sonra vətənə - Naxçıvana, xalası və əzizlərinin yanına dönüb:

"Hətta xalası onun üçün elçi gedir və Ramizi evləndirir. Lakin cəmi iki il sonra 2000-ci ildə özündən sonra övlad izi qoymadan beyninə qan sızaraq dünyadan köçür. Özü də necə ölür? Kasıbçılıq, səfalət və aclıq içində".
Böyük Rəsulzadənin nəvəsi Ramizin son fotosu və onun geyindiyi ayaqqabıların fotolarını da paylaşan Zaur Əliyevin sözlərinə görə, Ramiz Rəsulzadə qul bazarında fəhləlik edib:

"Çox kasıb və acımasız həyat yaşayıb. Böyük bir coğrafiyada müstəqil dövlət quran Rəsulzadənin nəvəsi belə ölməli deyildi, özü də belə şəraitdə.

Müsavatı və müsavatçılıq ideyasını yaradan Böyük adamın nəvəsi səfalət çəkəndə Müsavat partiyası hara baxırdı? Hakimiyyət hara baxırdı? Naxçıvan rəhbərliyi hara baxırdı? Azərbaycanda Rəsulzadə adı altında özlərinə ad-san qazanan deputatlar harda idi?

Böyük nəslin davamçısının səfalət içində ölməsi Azərbaycan adına heç yaraşmadı".

Qeyd edək ki, bir müddət əvvəl rejissor Tahir Tahiroviç Ramiz Rəsulzadənin ölüm anının görüntüsünü yaymışdı. 2000-ci ildə çəkilən videonu rejissor belə şərh etmişdi:

"Məmməd Əmin Rəsulzadənin nəvəsi Ramiz Rəsulzadə ilə dostluq edirdim. Bir gün zəng gəldi ki, Ramz bəy yolda hüşunu itirib, yıxılıb. Kameramı götürüb xəstəxanaya getdim. Təxminən 3 saat sonra vəfat etdi. Həmin anları nə qədər acı olsa da, lentə ala bildim. Ruhun şad olsun. 2000-ci ilin xatirəsi".

Kasıbçılıq, səfalət və aclıq içində...- Rəsulzadənin nəvəsinin ölüm anı -  VİDEO
Kasıbçılıq, səfalət və aclıq içində...- Rəsulzadənin nəvəsinin ölüm anı -  VİDEO
Kasıbçılıq, səfalət və aclıq içində...- Rəsulzadənin nəvəsinin ölüm anı -  VİDEO
Kasıbçılıq, səfalət və aclıq içində...- Rəsulzadənin nəvəsinin ölüm anı -  VİDEO
Kasıbçılıq, səfalət və aclıq içində...- Rəsulzadənin nəvəsinin ölüm anı -  VİDEO
Şərhlər
  • Yalchin

    Qaldı Məhəmməd Əmin Rəsulzadənin özünə, əgər Rəsulzadə güclü adam olsaydı, məğlub olmazdı. Əgər o, güclü adam olsaydı, onun daşıdığı gen hökmən nəslinin nümayəndələrindən hər hansı birində özünü göstərərdi. Və onlar ümidlərini bizdən üzüb buraya gəlməz, başqa yerdə qalar və yəqin ki inkişaf edərdilər. Bu ölkə onlar üçün bağlanıb və bədbəxtlik mühitinə çevrilib. Sağ olsun, Tofiq Qasımovun övladları! Azərbaycan müxalifətinin dəridən-qabıqdan çıxacağını bildikləri üçün, onu yad İsveçrə torpağında dəfn etdikdən və bir də 7-si çıxdıqdan sonra ölümünü xəbər verdilər. Çünki, bu torpaqlar Azərbaycan xalqına xidmət etmiş təmiz və saf insanlar, onların övladları üçün bağlıdı.

  • Yalchin

    Allah rəhmət eləsin! Bu da Rəsulzadənın Azərbaycan xalqı üçün əvəzini almadan verdiyi qurbanlardan biridir. Heç Topçubaşovun, Fətəli Xanxoyskinin, N.Yusifbəylinin nəslinin adı belə çəkilmir. Deyəsən, onlar bizdən ümidlərini üzərək, xarici ölkələrdə pisdən-yaxşıdan yaşayırlar. Gərək Rəsulzadənin nəslinin də nümayəndələri Azərbaycana gəlməyəydi. Növrəstə Yusifova, siz də bir hökumət tərəfdarı kimi məsələdən sui-istifadə etməyin! Guya elə iqtidar buna görə məsuliyyət daşımır. Sizdən fərqli olaraq mən, siyasi yanaşmaya özümü bulaşdırmadan həm müxalifəti, həm də iqtidarı bu işdə məsul bilirəm. Bəli, 2000-ci il müxalifətinin əlində indikindən fərqli olaraq böyük imkanlar vardı. Nə onlar Rəsulzadə nəslinin sonradan ölkəmizə gəlmiş nümayəndələrinə bir fayda verdi, nə hökumət, nə də biz...

  • Validə Abasova

    İndiki millət vəkillərinə, nazirlərə və s və sairlərə verilən pullardan bir miqdar ayırıb Rasulzadə nəslinə vermək olmazdımı? Heydər Əliyev fondu, xeyriyyəçilər bu barədə məlumatsız idilər? Adamın ürəyi dağlanır belə şeyləri görəndə. Çox təsirləndim. Heyif o kişidən və onun nəslindən.

  • Namiq Niftili.

    Kaski həmin dönəm Ramizi tanıyaydım. Hər cür yardım etmək imkanım var idi. Çox heyif ....

  • Növrəstə Yusifova

    ŞƏXSİYYƏTLƏRİMİZƏ VƏ ONLARIN DAVAMÇILARINA YARAŞMAYAN ACI HƏYAT VƏ FACİƏLİ ÖLÜM. ÇOX HEYİFLƏR OLSUN. MUSAVAT PARTİYASI BAŞQANI VƏ ONUN ƏTRAFINDA OLANLAR BU OLAYLARDAN HEÇ XƏCALƏT ÇƏKİRLƏRMİ? YALANDAN ƏLLƏRİNDƏ BAYRAQ, M.Ə.RƏSULZADƏNİN ANIM GÜNÜNÜ QEYD EDƏNDƏ TOPLAŞIRLAR. AR OLSUN SİZLƏRƏ!!!

  • ALIYEV RAMIZ

    ????☝Çox NADAN bir toplumug????HZTağìyevin gìzì Sara xanım, indi də M. Ə.Rəsulzadənin nəvəsi Ramiz Rəsulzadə ????????????

  • Babayev Şəhriyar

    Allah rəhmət eləsin! Qədim mədəniyyətə, əxlaqa və dövlətçilik ənənələrinə malik xalqımızın tarixində ÇOX TƏƏSSÜF ki, belə səhifələr də var!!! Yadıma Xalqımızın böyük oğlu Hacı Zeynalabdin Tagıyevin qızı Sara xanımın keşməkeşli həyatı yadıma düşdü... Ulu Xalqımız belə ŞƏXSİYYƏTLƏRİN bizə yadigar qoymuş ovladlarını səfalət və iztirab içərisində yaşamalarına izn verməməlidir!!!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər