Ru
23:05 / 07 Mart 2021

Mənsimovun azad edilməsinin şok səbəbi: "Sifarişçi" uduzdu

5132
Əgər Mübariz Mənsimovun FETÖ-yə üzv olması və ya hansısa əlaqəsi ilə bağlı kiçicik bir sənəd, fakt tapılsaydı, ona bu boyda sifarişin qarşısında ən azı ömürlük cəza verərdilər.

Bakupost.az xəbər verir ki, bu sözləri LAF TV-yə müsahibəsində Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlov “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun şərti azadlığa buraxılması barədə qərara münasibət bildirərkən deyib.

O, təxliyə ilə bəraət arasında ciddi fərq olduğunu və M.Mənsimovun hələ bəraət almadığını da vurğulayıb.

Qeyd edib ki, vəkilləri onun bəraəti üçün mübarizəni davam etdirəcəklər və Türkiyə qanunvericiliyinə uyğyn olaraq 17 gün ərzində apellyasiya şikayəti verəcəklər.

“Sifarişçi kimdir” sualına isə N.Gözəlov bildirib ki, dövlətin pulunu yeyənlər onu ört-basdır etməkdən ötrü günahkar axtarır:

“Saata, vertolyot gəzintilərinə, adaların alınmasına xərclənən, Panamada, Avstraliyada itib-batan pulları “silmək” üçün bir günahkar tapmaq lazım idi. Bu isə yalnız keçmiş iş ortağı ola bilərdi”.

N.Gözəlov daha sonra birbaşa bu sifarişi Rövnəq Abdullayevin verdiyini iddia edib.

O, dəhşətli ittiham da səsləndirib və deyib ki, Azərbaycanın müəyyən şəxslərindən PKK və erməni lobbisinə pul axını var və DTX araşdırma apararsa, çox ciddi nəticələrə gəlib çıxa bilər: “Çünki burda söhbət dövlətə xəyanətdən gedir”.

Qeyd edək ki, SOCAR Müşahidə Şurasının yaradılması və idarəetmənin MŞ sədri təyin edilən Mikayıl Cabbarova verilməsi Rövnəq Abdullayevə etimadın itməsi kimi dəyərləndirilir. Bu faktın isə M.Mənsimovun azadlığa çıxmasında təsiri haqda ehtimallar irəli sürülür.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər