Ru
15:26 / 03 Fevral 2022

Məşhur restoranda Lənkəran mətbəxi günləri... - FOTOLAR

Məşhur restoranda Lənkəran mətbəxi günləri... - FOTOLAR
Eye

"Artıq bir həftədir ki, Bakıda bulvar ərazisində yerləşən “Yaban” bulvar restoranında Lənkəran mətbəxi günləri başlayıb və mart ayının 1-nə kimi davam edəcək. Bölgəni gündəmə gətirməkdə məqsəd odur ki, Lənkəran YUNESKO tərəfindən 4 il müddətinə dünya mətbəx mədəniyyətinin paytaxtı elan olunmuşdu".

Bunu Bakupost.az -a restoranın baş aşpazı Firdovsi İsmayılov deyib.

Onun sözlərinə görə, burada yaddan çıxan qədim yeməklər də hazırlanır:

“Lənkəran mətbəxinin qədim yeməkləri var, hansı ki, yaddan çıxır və yaxud restoran biznesinə daxil edilməyib. Mən də bacardığım qədər o dadı geri qaytarmaq istəyirəm ki, Lənkəranda, Bakıda və Azərbaycanın digər regionlarında yaşayanlar, bu qədim mətbəxin yeməkləri ilə tanış olsunlar. Bütün ərzaqları hər həftəsonu Lənkərandan özüm gətirib, özüm də yeməkləri hazırlayıb, müştərilərimizə, qonaqlarımıza təqdim edirəm.

YUNESKO tərəfindən Lənkəran 4 il müddətinə dünya mətbəx mədəniyyətinin paytaxtı elan olunduqdan sonra ötən ilin noyabrında İstanbulda kulinariya yarışı oldu. Bu yarışda Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanovun təşəbbüsü ilə yarışa qatıldım. Mövzu Dədə Qorqudun məsəli idi: " İgidi qılıncından, bir də süfrəsindən tanıyarlar" idi. Biz qılıncımızı Şuşada göstərdik və qılıncımızla düşmənin başını əzdik. Yarışa Lənkəran yeməkləri ilə çıxmışdıq və süfrəmizdə də Lənkəran qalib oldu. Bu bizim süfrəmizin qələbəsi idi”.

Aşpaz qeyd edib ki, qələbədən 1 il sonra Ağdamda Zəfər plovunu bişirmək ona qismət olub: “Həmin günü xəbər gəldi ki, Lənkəran dünya mətbəx mədəniyyətinin paytaxtı seçilib. Yeni, qələbədən sonra, ikinci qələbə qazandıq. Mənim üçün əsas Azərbaycan bayrağını yüksəklərə qaldırmaq lazım idi və qaldırdım.

15 ilə yaxındır ki, “Yaban” bulvar restoranında fəaliyyət göstərirəm. Demək olar ki, ilk yarandığı gündən buradayam. Hazırda paytaxtda 4 Yaban restoranı - Gənclik, Yasamal Xətai və Bulvarda yerləşir. Lənkəran və Şuşada da açmaq fikrimiz var. Qeyd etmək istəyirəm ki, mart 17-dən 21-nə kimi Livanda böyük kulinariya yarış keçiriləcək. Lənkəran yeməkləri və Lənkəran komandası ilə yarışda iştirak edəcəyik. Bir həftədən sonra məşqlərimiz başlayır. Hər bir yarış üçün xüsusi məşqlər şərtdir. Ümid edirəm ki, yenidən yaxşı nəticə ilə qayıdacağıq”.




Fəridə
Baku Post

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar