Ru
12:40 / 11 Fevral 2026

Məsud Pezeşkian Azərbaycana təşəkkür etdi

Məsud Pezeşkian Azərbaycana təşəkkür etdi
Eye

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana təşəkkür edib.


Bakupost.az xəbər verir ki, Pezeşkian bu barədə İslam İnqilabının qələbəsinin 47-ci ildönümü ilə bağlı yürüş zamanı xalq qarşısında çıxışında deyib.

O bildirib ki, İran qonşu ölkələrlə səmimi və qardaşlıq əlaqələri qurur:

“Bu, inqilab rəhbərinin göstərişidir. Həmin ölkələr müsəlman dövlətləridir, dost və qardaş ölkələrdir. Biz bu ölkələrlə əlaqələrimizi gücləndirməliyik. Düşmən bizə qarşı plan qurmaq və ya təcavüz etmək istəyəndə həmin qonşu ölkələr bir-birinin ardınca bizə zəng edirdilər, narahatlıqlarını, qayğılarını, mövqelərini ifadə edirdilər”.

Pezeşkian Azərbaycan və Azərbaycan Prezidentinə, eyni zamanda, Türkiyə Prezidenti və xarici işlər nazirinə təşəkkür edib.

“Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı, Misir - bütün bu ölkələrin İranla bağlı qayğıları var idi. Onlar çalışırdılar ki, biz çətinlikləri diplomatiya yolu ilə həll edək. Mən onlara təşəkkür edirəm”, - İran Prezidenti qeyd edib.

Toğrul
Toğrul Quluzadə
Pezeşkian

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar