Ru
15:43 / 18 Fevral 2026

Meyitdən orqan köçürülməsinə razılıq verən ailələr...

Meyitdən orqan köçürülməsinə razılıq verən ailələr...
Eye

Ötən il Azərbaycanda 12 nəfərə vəfat edən şəxsdən ailəsinin razılığı ilə böyrək, 9 nəfərə isə qaraciyər köçürülüb.

Bakupost.az Report-a istinadla xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin həkimi Mircəlal Kazımi bildirib.

Onun sözlərinə görə, ötən il ümumilikdə 65 nəfərə böyrək, 51 nəfərə isə qaraciyər transplantasiyası əməliyyatı icra olunub:

"Böyrək transplantasiyası icra olunan şəxslərdən ikisi, qaraciyər transplantasiyası olunanlardan isə üçü uşaq olub".

Xatırladaq ki, 2025-ci il fevralın 24-də Azərbaycanda ilk dəfə meyit donordan alınan orqan köçürülməsi həyata keçirilib. 2025-ci il oktyabrın 31-də isə Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar