Ru
15:22 / 23 İyul 2025

Meyitlərin təhvil verilməsi Kremlə üstünlük qazandırır

Meyitlərin təhvil verilməsi Kremlə üstünlük qazandırır
Eye

Ukrayna-Rusiya danışıqlarında sülhə dair kompromis əldə olunması ehtimalı azdır.

Bakupost.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.

Məqalədə bildirilib ki, analitiklər ikinci dərəcəli məsələlər üzrə tədricən irəliləyişin olacağını gözləyirlər, bu da tərəflər arasında müəyyən qarşılıqlı anlaşmaya dəlalət edə bilər.

Qəzet yazır ki, meyitlərin qarşılıqlı təhvil verilməsi Kremlə siyasi üstünlük qazandıra bilər. Çünki bu, Kiyevi rəsmi itkilərin sayını artırmağa məcbur edə bilər. Rusiya indiyədək Ukraynaya 7000-dən çox hərbçinin nəşini verdiyini iddia edir, Ukrayna isə cavab olaraq təxminən 100 meyiti qaytardığını bildirir.

Məlumata görə, Kiyev və Moskvanın ümumiyyətlə, danışıqlara getməsinin əsas səbəbi Trampdır, o, hər iki tərəfə təzyiq edir.

Bununla belə, bəzi analitiklərin fikrincə, tərəflərin öz sülh şərtlərini ictimai şəkildə açıqlaması artıq diplomatik irəliləyişin əlaməti kimi qiymətləndirilə bilər.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar