Ru
10:23 / 03 Oktyabr 2017

Meyxanaçılar arasında dava - Rəşad Dağlı Rüfət Nasosnunu bıçaqladı

Meyxanaçılar arasında dava -  Rəşad Dağlı Rüfət Nasosnunu bıçaqladı
Eye

Məşhur meyxanaçı Rəşad Dağlı, Rüfət Nasosnu kimi tanınan həmkarını bıçaqlayıb.



BakuPost.az ölkə.az-a istinadən məlumatına görə, məclislərdən birində sözləri çəpləşən həmkarlar vəziyyəti aydınlaşdırmaq üçün məclisdən sonra oturub danışmağa qərar verirlər. Söhbət zamanı tərəflərin qarşılıqlı ittihamı sonda Rəşadın Rüfəti bıçaqlamasıyla nəticələnir.



Qeyd edək ki, hazırda Rüfət ayağından yaralıdır. Ev şəraitində müalicə alan meyxanaçının Rəşad Dağlıdan şikayətçi olmadığı bildirilir.

 

***


Ölkə mətbuatında tanınmış meyxanaçı Rəşad Dağlının (Əmirov) həmkarı Rüfət Nasosnunu (Kərimov) bıçaqlaması barədə xəbər yayılıb.



Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı Rüfət Kərimovla əlaqə saxlayıb. O, yayılan məlumatı təkzib edib.



"Bu, yanlış xəbərdir. Bunu kimsə paxıllıqdan, sifarişlə yazdırıb. Keçən dəfə də Vüqarla dava etdiyimi yazmışdılar. Rəşad mənim dostum, qardaşımdır. Biz bir yerdə çörək kəsirik”, – deyə o bildirib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar