Ru
15:38 / 29 Mart 2019

MİDA 154 mənzilin satışına başlayacaq

MİDA 154 mənzilin satışına başlayacaq
Eye

 

Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında yerləşən 132 mənzilin, ümumilikdə 154 mənzilin satışı 29 aprel 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 aprel 2019-cu il tarixi saat 23:59-dək davam edəcək. 



Bu barədə BakuPost-a Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat xidmətindən məlumat verilib.



Məlumatda deyilir ki, ölkə prezidentinin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət” portal üzərində (www.e-gov.az) "Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.



Yalnız "Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir. Həmin şəxslər elektron kabinetlərində "Satış/Mənzillər” bölməsinə daxil olaraq "erkən gələnə erkən xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edir) əsasında mənzilləri seçə biləcəklər. "Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində "Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.



Satışa çıxarılan mənzillər barədə ümumi məlumat isə belədir: 



Satışa ümumilikdə 154 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.



Bütün binalar Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 15 noyabr və 27 dekabr 2016-cı il tarixli müsbət rəyləri mövcuddur.



Mənzillərə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilib.

 














































































Bina № Binanın yerləşdiyi torpaq sahəsi (m²) Binada mərtəbə sayı Binaya giriş sayı Mənzillərin otaqlarının sayı Mənzillərin sayı Mənzillərin daxili perimetr üzrə sahəsi (m²) Mənzillərin xarici perimetr üzrə sahəsi (m²) Baş podratçı / ünvanı Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi
6 687.45 9 2 1 5 33,10 - 33,37 40,52 "Hünər-İnşaat" / Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, mənzil 63. 1 sentyabr 2018-ci il
2 3 55,03 66,92
3 1 69,56 81,64
7 665.36 9 2 1 2 33,37 40,52
2 6 54,65 - 55,03 66,92
3 5 69,56 - 69,93 81,64
8 645.25 9 2 1 9 33,10 - 33,37 40,52
2 54 49,77 - 55,02 60,10-66,91
3 9 69,08 - 69,68 84,47
9 441.56 12 1 1 12 31,50 - 33,01 40,12
2 24 56,85 - 57,87 70,44
3 24 69,80 - 70,46 84,47


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar