Ru
20:10 / 14 Oktyabr 2025

Milyarderdən Vardanyanla bağlı Paşinyana mesaj: “Dostum azad olunmalıdır” - VİDEO

Milyarderdən Vardanyanla bağlı Paşinyana mesaj: “Dostum azad olunmalıdır” - VİDEO
Eye

ABŞ-da yaşayan erməni mənşəli iş adamı, elm və texnologiya sahəsində dünyaca tanınmış fiqur Nubar Afeyan Ermənistanla Azərbaycan arasında gedən sülh prosesinə münasibət bildirib.

Bakupost.az Musavat.com-a xəbər verir ki, o, bu prosesin bütün əsirlərin, o cümlədən dostu Ruben Vardanyanın azad olunmasına kömək edəcəyinə ümid etdiyini qeyd edib.


Afeyan mediaya açıqlaması zamanı belə deyib:

“Ümid edirəm ki, sülh prosesi irəlilədikcə həm sülh, həm də ədalət bərqərar olacaq. Biz artıq iki ildir ki, həm digər ölkələrin liderlərinin, həm də yerli hökumətin diqqətini bu məsələyə cəlb etmək üçün fəal şəkildə çalışırıq. Ümid edirəm ki, biz buna nail olacağıq.”

O, bu fikirləri bu gün keçirilən “Süni intellektin anatomiyası” adlı tədbirdə səsləndirib. Tədbirdə Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak edib.

Nubar Afeyan kimdir?

Nubar Afeyan 1962-ci ildə Beyrutda anadan olub. O, Livanda və Kanadada böyüyüb, daha sonra ABŞ-a köçüb. Massachusetts Texnologiya İnstitutunun (MIT) doktoru olan Afeyan “Moderna” biotexnologiya şirkətinin təsisçilərindən biridir — məhz bu şirkət COVID-19 pandemiyası dövründə dünyanın ilk mRNA peyvəndlərindən birini istehsal edib.

Hazırda o, Moderna-nın İdarə Heyətinin sədri və Flagship Pioneering adlı yüksək texnologiya və biotexnologiya sahələrinə sərmayə yatıran fondun rəhbəridir.

Afeyan uzun illərdir Ruben Vardanyanla yaxın dostdur. Onlar birgə bir çox anti-türk diaspor təşəbbüslərində, Azəbaycana qarşı informasiya müharibəsinin təşkilində, “erməni kimliyinin qorunması” layihələrində iştirak ediblər.

Ruben Vardanyan 2023-cü ildə Qarabağda saxlanılıb və hazırda Bakıda məhkəmə önündə əməllərinə görə cavab verir. Onunla birlikdə digər 22 erməni əsilli şəxs də cinayətlərinə görə mühakimə olunur.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar