Ru
09:39 / 29 Noyabr 2021

Minaya düşən hərbçilərimizdən XƏBƏR VAR

Minaya düşən hərbçilərimizdən  XƏBƏR VAR
Eye

Füzuli rayonunda minaya düşən Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuların son durumu açıqlanıb.

Bakupost.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, hərbi qulluqçular - Sarib Məmmədzadə ilə Murad Məmmədzadənin ayaqlarından biri amputasiya edilib.

Hazırda hər iki şəxsin vəziyyəti stabildir.

Qeyd edək ki, DİN Daxili Qoşunların hərbi qulluqçuları - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadə Füzuli rayonunun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar