26 iyul saat 11:00-dan etribarən Müəllimlərin İşə Qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başlayır.
Bakupost.az xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı MİQ imtahanında minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir.
"Namizədlər 26 iyul, saat 11:00-dan 27 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olub seçim edə bilərlər", - məlumatda deyilib.
Qeyd edək ki, test imtahanında keçid balını toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər. Vakant yer tutduqdan sonra imtina edən namizədlər növbəti vakansiya seçimlərində iştirak edə bilməz.