Ru
21:18 / 01 Dekabr 2025

Mir Şahindən çağırış: Xəyanətdən sədaqətə keçmək üçün son şans...

Mir Şahindən çağırış: Xəyanətdən sədaqətə keçmək üçün son şans...
Eye

Son zamanlar ölkədə baş verən kifayət qədər ciddi hadisələr - sosial şəbəkələrin hay-küy ovqatında, xüsusilə də bu seqmentdə artıq mənzillənməyə macal tapmış (təəssüf ki!!!) qaragüruhçuların bəsit, düşüncəsiz, söyüşçü müdaxilələrinin müşayiəti ilə layiqincə dərk edilməyə mane olur. Mən Əli Kərimliyə siyasətçi, eləcə də onun rəhbərlik etdiyi AXCP-yə siyasi təşkilat kimi yanaşmıram. Elə İsa Qəmbərə və onun rəhbərlik etdiyi Müsavata da.

Bakupost.az xəbər verir ki, bu sözləri Real TV-nin sahibi, tanınmış jurnalist Mir Şahin Ağayev qeyd edib.

“Ola bilər ki AXCP-də də, Müsavatda da sadədil, vicdanlı, aldanmış şəxslər var, hətta onlarladır. Amma hətta belə ehtimalların özü də məni qənaətimdən daşındırmır! AXCP də, Müsavat da bağlanmağa, fəaliyyəti qadağan edilməyə layiq mütəşəkkil dəstələrdir. Ramiz Mehdiyev, Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Məmməd İbrahim və başqaları ətrafında aparılan proseslər göstərir ki, sosial şəbəkələrdəki tərbiyəsizlər, qaragüruh törəmələri hələ də vəziyyətin ciddiliyini sonadək anlamır, ya da belə demək olar; ən azı “seymurhəzilik” edirlər!

Tövsiyə edirəm!

Xəbərdarlıq edirəm!

Təhqir və söyüşə yol verilməsin!

Təhdidə, dövlətə etimadsızlıq çağırışlarına yol verilməsin!

Ramiz Mehdiyev, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Məmməd İbrahim və belə digərlərinin aqibətinə başa çatmaqda olan “Qaragüruh dövrü”nün sonu tək yanaşmağı tövsiyə edirəm!

O cameəyə - Azərbaycan dövlətini nəhayət ki, sevməyə özünü öyrətməyi tövsiyə edirəm!
Xoş məramla bildirirəm: müalicə üçün başqa vaxtınız olmayacaq, xəyanətdən sədaqətə keçməyiniz üçün son şansı qaçırmayın! Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Məmməd İbrahim və bəzi digərlərinin isə qoy Allah bəsirət gözlərini açsın! Onların ən çox səsləndirdiyi şüar bu olub: “A-zad-lıq!” Mən də onlara cəhalətdən, xəyanətdən, sədaqətsizlikdən riyakarlıqdan, qarahüruhçuluqdan A-ZAD-LIQ! arzu edirəm!” - o bildirib.

Asena,
BakuPost

Şərhlər
  • .Nizami Aliev

    Bu aхr!nc! хeberdarliqdir.

  • Həsənov

    Bu gizli polisin agenti "dövlət-dövlət" deyir, amma yalan danışır. Söhbət hökumətdən gedir, bu əslində cəmiyyəti onda təhdid edir ki, hökumətə qarşı çıxmaq olmaz. Yalan deyir; dövlətçiliyə qarşı çıxmaq, yalnız suverenlik və müstəqilliyə qarşı çıxmaqdır ki, hər kəs bilir ki, Əli Kərimli və onun AXCP-si heç vaxt müstəqilliyimiz əleyhinə mübarizə aparmayıbEybi yox, nə olar ki, 37-ci ən çoxu 20 il keçəndən sonra sovet cəmiyyəti və onun bir hissəsi olan Azərbaycanı nahaqdan cəzalandırılanların itkilərinə görə sızıldamalar başına götürdü və hətta bu gün də bu sızıldamalar davam edirsə, Azərbaycan cəmiyyəti bu sızıldamaları görünür bu dəfə yenidən yaşayacaq. Onda görək bunu edənlər ən azı tarix qarşısında necə cavab verəcək. Baş verənləri hökumətin heç bir cinayət əməlinə yol verməyib, yalnız onlar kimi düşünməyənləri cəzalandırmasından başqa bir şey kimi qiymətləndirmirəm.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar