Ru
15:18 / 18 May 2026

Mirziyayev İlham Əliyevə təşəkkür etdi

Mirziyayev İlham Əliyevə təşəkkür etdi
Eye

Özbəkistan Prezidenti Şövkət Mirziyayev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) qüsursuz təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Bakupost.az xəbər verir ki, o, bu barədə WUF13 çərçivəsində liderlərin sammitində bildirib.

Mirziyoyev vurğulayıb ki, Ümumdünya Şəhərsalma Forumu qlobal inkişafın ən aktual məsələlərinin müzakirəsi üçün nüfuzlu platformadır.

"Bugünkü konfransın Xəzərin incisi - gözəl Bakı şəhərində qüsursuz təşkilinə və bizə göstərilən isti qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi minnətdarlığımı bildirmək istərdim", - o deyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar