Ru
15:48 / 15 İyun 2026

Moskva ilə Kiyev ABŞ-İran razılaşmasından dərs alacaqmı?

Moskva ilə Kiyev ABŞ-İran razılaşmasından dərs alacaqmı?
Eye

ABŞ ilə İran arasında razılaşması Yaxın Şərqdə sakitlik yaratsa da, əks istiqamətdə, Avropanın göbəyində Rusiya-Ukrayna müharibəsi davam edir.

Burada tərəfləri sülhə gətirmək istiqamətində səylər hələlik bir nəticə verməyib. Əksinə, savaş daha kəskin xarakter almağa başlayıb.

Amma hər halda, sona çatdırılan bir savaş istər-istəməz digər savaşa münasibətdə də anoloji istiqamətdə təzyiqlərin artmasına rəvac verə bilər. Bunu Ukrayna-Rusiya müharibəsinə də şamil etmək olar.

Siyasi şərhçi Xəyal Bəşirov Bakupost.az-a bildirib ki, ABŞ-İran müharibəsilə Rusiya-Ukrayna müharibəsinin başlama və gedişatı ilə bağlı səbəblər fərqli olduğundan birincidə razılaşmanın əldə olunmasının, ikinci savaşa da anoloji istiqamətdə təsir edəcəyini düşünmək əbəsdir:

“ABŞ ilə İran arasında aparılan müharibə ilə Ukrayna-Rusiya arasında gedən savaş və onların səbəbləri arasında kəskin fərqlər var. Rusiya beşinci ildir ki, müharibə aparsa da, hədəfinə nail ola bilməyib. ABŞ-nin də öz istəyinə nail olmadığı açıq şəkildə görünür. Bu əsasda İranla ABŞ arasında olduğu kimi, Kiyevlə Moskva arasında da anoloji razılaşmanın əldə ediləcəyi ağlabatan deyil”.

Ekspertə görə, ərəb ölkələrinin mövqeləri də İran-ABŞ savaşının tez bitməsinə rəvac verdi:

“ABŞ-İran müharibəsində ərəb ölkələrinin mövqe dəyişdiyinin şahidi olduq. Amma Ukrayna məsələsində Avropanın mövqe dəyişdiyinin şahidi olmamışıq. Avropa Kiyevə dəstək verməkdə davam edir. Ərəb ölkələri isə öz ərazilərindən ABŞ-nin zərbə endirməsinə şərait yaratsa da, konkret olaraq Vaşintonla Təl-Əvivin planına qoşulmadılar. Bu isə ABŞ-nin geri addım atmasına səbəb olan amillərdən biridir”.

Həmsöhbətimizin fikrincə, Rusiyanın İranla müqayisədə müharibə aparmaq taktikasının fərqli olması da, Ukrayna savaşının tezliklə bitəcəyini düşünməyə əsas vermir:

“Tehran təkcə İsrail və ABŞ-ni hədəf almadı. Eyni zamanda, körfəzdəki ərəb ölkələrini də hədəf aldı. Bu isə çoxlarının gözləmədiyi halda İsraillə ABŞ-nin planını pozdu. Onların alternativ addımları işləmədi. Rusiya isə Avropaya, onları təhdid etsə də, hücum etmədi. Nəticədə, Avropanın Kiyevə dəstəyi davam etdi. Onlar bundan çəkinmədilər. Ona görə Rusiyanın da Yaxın Şərqdə olduğu kimi Kiyevə münasibətdə anoloji addım atacağı gözlənilmir”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar