Bu gün gecə saatlarında Moskvanın Dosflot keçidində yerləşən üçmərtəbəli elit villanın dam örtüyü və üst mərtəbələri artıq bir saatdan çoxdur ki, yanıb. Yanğın sahəsi təxminən 100 kv. metri əhatə edib. Yanğının tüstü bir neçə kilometr uzaqdan görünüb.
Bakupost.az xəbər verir ki, “Zaxarkovo” yaşayış kompleksində yerləşən 400 kvadratmetr sahəsi olan 6 otaqlı həmin mənzilin qiyməti orta hesabla 90 milyon rubldur (təxminən 2 milyon manat). Binanın 2002-ci ildə Ximki su anbarının sahilində, Şimal çay limanına baxan ərazidə inşa edildiyi bildirilir. Zərərin məbləği hələlik hesablanmayıb.
Hadisə yerinə təcili xidmətlər cəlb olunub, yanğının səbəbləri araşdırılır.
FHN-in Moskva departamentinin məlumatına görə, yanğında xəsarət alan olmayıb.
Cavid, BakuPost