Ru
17:26 / 15 Noyabr 2025

Moskvada Paşinyanın əleyhinə etiraz askiyası keçirildi - VİDEO

Moskvada Paşinyanın əleyhinə etiraz askiyası keçirildi - VİDEO
Eye

Ermənistanın Moskvadakı səfirliyinin yaxınlığında Baş nazir Nikol Paşinyanın əleyhinə etiraz aksiyası keçirilib.

Bakupost.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə SHOT məlumat yayıb.

Etirazçılar hazırda həbsdə olan bütün keşişlərin və dindarlardan da əvvəl məhkum edilmiş digər siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər. Mitinqdə təxminən 100 nəfər iştirak edib.

Aksiyaya toplananların sözlərinə görə, Paşinyanın hərəkətləri ölkədə xaos yaradır və ictimai şüuru "zəhərləyir". Onun bu davranışları xalq arasında nifaq da yaradır. Etirazçılar insanları Ermənistan hakimiyyətinin təxribatlarına uymamağa çağırıblar.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar