Ru
14:06 / 22 Dekabr 2025

Moskvada qatar yandı – Sərnişinlər evakuasiya edildi – VİDEO

Moskvada qatar yandı – Sərnişinlər evakuasiya edildi – VİDEO
Eye

Bu gün səhər saatlarında Moskva istiqamətinə hərəkət edən elektrik qatarında yanğın baş verib. Hadisə təxminən saat 07:00 da baş verib və qatar Moskva istiqamətində hərəkətdə olub.

Bakupost.az “Kommersant”a istinadən xəbər verir ki, hadisə Elektrogorsk stansiyasında qeydə alınıb. Rusiya Dəmiryolu (RŽD) xəbər verir ki, yanğın kontakt xəttinin qırılması və qatarın üstündə qısa qapanma nəticəsində baş verib.

Yanğın zamanı sərnişinlər dərhal evakuasiya olunub. Hadisə səbəbindən Elektrogorsk ilə Pavlovskiy Posad stansiyaları arasında hərəkət müvəqqəti dayandırılıb.

Yanğın baş verən qatar Elektrogorsk stansiyasından yola çıxaraq Moskvanın mərkəzi stansiyalarına, əsasən Yaroslavski vağzalı istiqamətində hərəkət edirdi.

Moskva vilayəti nəqliyyat prokurorluğu hadisənin səbəbini, sabotaj olması və ya qəsdən törədilməsini araşdırır.



Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar