Ru
00:53 / 08 Noyabr 2019

"Mübarizəmizi sona qədər davam etdirəcəyik" - Qurban Qurbanov

2108
“Hesab 1:0 olduqdan sonra, iki, üç və dördüncü qolları vura biləcəyimiz halda məğlub olduq”.

BakuPost-un
APA-ya istinadən məlumatına görə, bunu futbolu üzrə Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

47 yaşlı mütəxəssis Avropa Liqasının IV turunun APOEL-lə səfər oyunu (1:2) barədə fikirlərini açıqlayıb.

Q.Qurbanov uğursuzluğa belə şərh verib: “Futbol belə bir fərqli oyundur. Həm Bakıdakı, həm də bu gün rəqibdən çox qol epizodlarımız olsa da, qalib gələ bilmədik. Nəticə nə qədər ədalətsiz olsa da, APOEL-i təbrik etməliyik. Hələ heç nə bitməyib, mübarizəmizi sona qədər davam etdirəcəyik".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər