İran yeni dini lideri Müctəba Xameneinin ilk dəfə görüntüsü yayılıb.
Bakupost.az Nocomment.az-a istinadən xəbər verir ki, görüntülər həm liderin uzun müddət ictimaiyyətdən uzaq qalması ilə bağlı çoxsaylı fərziyyələrdən sonra, həm də içindəki detallara görə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.
Belə ki, İran mediasında dərc olunan görüntülərdə Müctəba Xameneinin hərbi rəsmilərin müşayiəti ilə əməliyyat otağına girdiyi görünür. Videoda ən diqqət çəkən element otaqdakı böyük ekrandır. Bu ekranda İsraildəki Dimona nüvə reaktoru ilə əlaqəli olduğu deyilən görüntülər və koordinat məlumatları göstərilir.
Bu detal İranın İsrailin nüvə infrastrukturunu birbaşa hədəf ala biləcəyinə dair bir mesaj kimi şərh edilib.
Ekspertlər hesab edirlər ki, video sadəcə "görüntülərin paylaşılması" deyil, həm də psixoloji və strateji mesaj daşıyır. İsrailin İranın nüvə obyektlərinə keçmiş hücumları nəzərə alınmaqla, Tehranın Dimonanı hədəf alması "qisas siqnalı" kimi şərh olunub.