Ru
17:20 / 09 Oktyabr 2019

"Müsavat"ın qurultayının vaxtı dəyişdirildi

"Müsavat"ın qurultayının vaxtı dəyişdirildi
Eye

Müsavat Partiyasının qurultayı oktyabrın 12-də deyil, 13-də keçiriləcək.

BakuPost.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı - başqanlığa namizəd Arif Hacılı namizədlərin debatında deyib.

O deyib ki, Bakı Şəhər İcra Hakimiyyətində Müsavat Partiyasının qurultayının keçirilməsinə yer ayrılması üçün etdiyi müraciətə baxılıb.

Qurultayın oktyabrın 13-də Bakının Binəqədi rayonunda yerləşən “Büllur” şadlıq sarayında (keçmiş “İnqilab” kinoteatrı) keçirilməsi məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı vəzifəsinə hazırki başqan Arif Hacılı, partiya Divanının üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlı namizədliyini irəli sürüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar