Ru
17:58 / 04 Oktyabr 2022

“Müşfiq ağıları” oratoriyası təqdim olunacaq

7576
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin Xalq şairi Sabir Rüstəmxanlının librettosu əsasında yazdığı “Müşfiq ağıları” oratoriyasının təqdimat mərasimi keçiriləcək.


Bakupost.az xəbər verir ki, tədbir oktyabrın 14-də saat 19.00-da Azərbaycan Dövlət Flarmoniyasında baş tutacaq.


Əsər Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair, tərcüməçi, pedaqoq, Stalin repressiyalarının qurbanı olan və 1938-ci ildə güllələnmiş Mikayıl Müşfiqin acı taleyinə həsr edilib. “Müşfiq ağıları” 13 hissədən (proloq, 6 ağı, 5 qaragüruh və epiloq) ibarətdir.


Oratoriyanı dirijor Mustafa Mehmandarov və bədii rəhbər Gülbacı İmanovanın rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası təqdim edəcək.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər