Ru
13:22 / 10 Fevral 2026

Müslüm Maqomayevin yaşadığı evi söküb bank tikdilər – Xatirə lövhəsini unutdular

Müslüm Maqomayevin yaşadığı evi söküb bank tikdilər – Xatirə lövhəsini unutdular
Eye

Görkəmli bəstəkar Əbdül-Müslüm Maqomayevin vaxtilə Lənkəranda yaşadığı ev sökülüb, yerində bank binası tikilib. Bu zaman bəstəkarın vaxtilə burada yaşadığını göstərən xatirə lövhəsi də götürülüb, yenisini qoymaq isə yaddan çıxıb.

Bakupost.az xəbər verir ki, Şirəli Axundov küçəsi Lənkəran şəhərinin əsasən küçələrindəndir. Şəhər mərkəzinə yaxınlığı ilə seçilən küçə ilə üzbəüz “Dostluq parkı”, yol boyunca Lənkəran Xan Sarayı, Humanitar kollec, Gənclər mərkəzi, Regional Elmi Mərkəz kimi məşhur obyektlər yerləşir. Şəhər İcra Hakimiyyətinin binası da bu küçədədir.

Vaxtilə bu məşhur küçədə Azərbaycanın görkəmli bəstəkarı, dirijoru və Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi Müslüm Maqomayev yaşayıb. O, görkəmli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin babasıdır. Böyük bəstəkar 1905-ci ildən 1911-ci ilədək pedaqoji və musiqi fəaliyyətini Lənkəranda davam etdirib. Maqomayev Lənkərandakı dördsinifli şəhər məktəbində, 1 nömrəli orta məktəbdə müəllimlik edib, həmçinin nəfəsli alətlər orkestri, xor, eləcə də balalayka ansamblı təşkil edib. Bəstəkar 75 nəfərlik orkestrə dirijorluq etməklə yanaşı, bacanağı Üzeyir Hacıbəyliyə Lənkəranda yayılmış yerli xalq mahnılarının toplanmasında da köməklik göstərib.

Müslüm Maqomayev Lənkərandakı fəaliyyəti mədəniyyətin inkişafına mühüm töhfələr verib. Lənkəran teatr qrupunun Azərbaycan və rus dilində çıxışları “Bakı” qəzetinin “Müsəlman həyatı” məqaləsində xüsusi qeyd olunub.

1936-cı ildə Bakıda yaranan Dövlət Filarmoniyası da Müslüm Maqomayevin adını daşıyır.

Cavid, BakuPost
Şərhlər
  • .Nizami Aliev

    Какие люди и такая же ,память. С памяти стереть Генерала(земляку Ази Асланову не забудьте...) - люмпены .

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar