Azərbaycan jurnalistikasına ağır itki üz verib.
Bakupost.az xəbər verir ki, tanınmış aparıcı Natəvan Babayeva vəfat edib. Bu barədə məlumatı onun yaxınları yayıb.
Mərhum Salyanda dəfn olunacaq.
Xatırladaq ki, Natəvan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcılarından biri olub. Tanınmış jurnalist bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Allah rəhmət eləsin!