Ru
11:33 / 02 Oktyabr 2025

NATO-da gərginlik: Baş katib Estoniyanın Baş nazirinə qışqırdı

NATO-da gərginlik: Baş katib Estoniyanın Baş nazirinə qışqırdı
Eye

NATO-nun Baş katibi Mark Rütte ilə Estoniyanın Baş naziri Kristen Mixal arasında Rusiyanın “MiQ-31” qırıcılarının uçuşuna verilən reaksiya ilə bağlı mübahisə yaşanıb.

Bakupost.az xəbər verir ki, “Fox News”un məlumatına görə, insident Estoniyanın NATO müqaviləsinin 4-cü maddəsinə əsasən məsləhətləşmələrə başlamasından sonra qeydə alınıb.

Qeyd edək ki, bu maddə alyans üzvlərinə qarşı təhlükəsizlik təhdidlərinin kollektiv müzakirəsini nəzərdə tutur.

Qeyd edilir ki, Mark Rütte mümkün təhlükəsizlik təhlükəsi zamanı məsləhətləşmələr barədə alyansın 4-cü maddəsinin həddən artıq tətbiqinin yolverilməzliyindən danışıb. Daha əvvəl Estoniya Rusiya təyyarələri ilə insidentdən sonra buna müraciət etmişdi.

Məlumata görə, Baş katibin bu fikirləri Estoniya Baş naziri Kristen Mixalın etirazına səbəb olub.

"Mənbələrdən biri bildirib ki, o (Rütte - red.), hətta Mixala səsini qaldırıb və xəbərdarlıq edib ki, NATO həyəcan təbilini nə qədər tez-tez çaldığına diqqət yetirməlidir", - deyə nəşr yazıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar