Ru
08:36 / 15 Avqust 2025

Naxçıvanda dəhşətli qəza - Ölənlər var

Naxçıvanda dəhşətli qəza - Ölənlər var
Eye

Babək rayonunun Qahab kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az. APA-ya istinadən xəbər verir ki, 33 yaşlı Zamanov Möhlət Baxtıcamal oğlunun idarə etdiyi 68 BK 944 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobil 67 BM 473 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində Babək rayon Qahab kənd sakini Zamanov Möhlət Baxtıcamal oğlu və 27 yaşlı Babək rayon Naxışnərgiz kənd sakini Zamanov Mənsur Mərdan oğlu hadisə yerində həyatını itirib.

Avtomobildə olan digər sərnişin, Naxışnərgiz kənd sakini 30 yaşlı Zamanov Şöhrət Aydın, ağır bədən xəsarətləri alaraq Naxçıvan Muxtar Respublikası xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Xilasetmə Qrupu cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar