Ru
19:38 / 12 Noyabr 2025

Naxçıvanda yanacaqdoldurma məntəqəsində yanğın: Zəhərlənənlər var

Naxçıvanda yanacaqdoldurma məntəqəsində yanğın: Zəhərlənənlər var
Eye

Naxçıvanda yanacaqdoldurma məntəqəsi yanğın baş verib.

Bakupost.az xəbər verir ki, yanğın hadisəsi Naxçıvan şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin anbarında qeydə alınıb.

Yanğın hadisəsi nəticəsində 3 nəfər tüstüdən zəhərlənib. Onlara lazımi tibbi yardım göstərilib.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.

Naxçıvan Şəhər Dövlət Yanğından mühafizə hissəsinin rəis müavini Nəsimi Hüseynovun verdiyi məlumata görə, yanğın tam olaraq söndürülüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar