Ru
17:09 / 16 Aprel 2026

Nazir Bibliya ayəsini film replikası ilə səhv saldı - VİDEO

Nazir Bibliya ayəsini film replikası ilə səhv saldı  - VİDEO
Eye

ABŞ-nin müharibə naziri Hit Heqset Pentaqon kilsəsində keçirilən mərasimdə Bibliyadan sitat gətirib.

Bakupost.az Yeni Sabah-a istinadən xəbər verir ki, mərasim iştirakçıları onun "İzekel 25:17" ayəsindən səsləndirdiyi sitatı eşitcək heyrətləniblər.

Problem budur ki, əslində, həmin sözlər Müqəddəs Kitabdan deyil, Tarantinonun "Pulp Fiction" ("Kriminal mütaliə) filmindəndir və replikanı aktyor Samuel L. Cekson deyir.

Əhdi-Ətiqdə olan "İzekel 25:17" ayəsi İsrailə qarşı olduqlarına görə fələstinlilərdən qisas alınması və cəzalandırılması barədədir. Mətndə deyilir: "Mən onlara şiddətli məzəmmətlərlə böyük qisas nazil edəcəyəm və onlardan qisas aldığım zaman biləcəklər ki, Mən Rəbbəm".

"Pulp Fiction" filmindəki bu sitat dəyişdirilib.



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar