Ru
18:42 / 12 Fevral 2026

Nazir bu Mərkəzlərin direktorlarını işdən çıxardı - Yeni təyinatlar

Nazir bu Mərkəzlərin direktorlarını işdən çıxardı - Yeni təyinatlar
Eye

Kənd Təsərrüfatı Nazirliyinin bir sıra Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları vəzifəsindən azad edilib.

Bakupost.az Qaynarinfo-ya istinadla ki, bu dəyişikliklər Qəbələ, Balakən, Nefçala və Hacıqabul Aqrar İnkişaf Mərkəzlərini əhatə edir.

- Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzi: 2016-cı ildən direktor olan Əhmədov Rahib Səhrab oğlu vəzifəsindən azad edilib. Onun yerinə Ağayev Namiq Tofiq oğlu direktor əvəzi təyin olunub.

- Balakən Dövlət Aqrar İnkişaf Mərkəzi: 2016-cı ildən direktor olan Şərifov Məhəmməd Şirin oğlu işdən çıxarılıb. Direktor əvəzi vəzifəsinə Səmədov Elvin Rafiq oğlu gətirilib.


- Nefçala Dövlət Aqrar İnkişaf Mərkəzi: 2024-cü ildən direktor olan Əsədov Elsevər Cəmaləddin oğlu vəzifəsindən azad olunub. Əvəzində Əhmədli Miradil Hacımirələkbər oğlu direktor əvəzi təyin edilib.


Qeyd edək ki, 2025-ci ilin dekabrında mənimsəmə faktına görə, Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abuzərov Ariz Arif oğlu vəzifəsindən azad olunub. O, 2021-ci ildən sözügedən vəzifəni tuturdu. Yeni direktor əvəzi vəzifəsinə Quliyev Elşən Rəsul oğlu təyin edilib.


Bu barədə nazir Məcnun Məmmədov müvafiq əmr imzalayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar