Ru
16:00 / 26 Dekabr 2025

Nazirdən “Rus Evi” ilə bağlı açıqlama

Nazirdən “Rus Evi” ilə bağlı açıqlama
Eye

“Bakıdakı “Rus Evi” uzun müddət ərzində qeydiyyatsız fəaliyyət göstərirdi. Bununla bağlı Rusiyaya rəsmi xəbərdarlıq edilmişdi”.

Bakupost.az xəbər verir ki, bunu XİN rəhbəri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında Bakıdakı “Rus Evi”nin bağlanmasına və Rusiya ilə bu istiqamətdə hansısa danışıqların aparılmasına dair suala cavab verərkən deyib.

Onun sözlərinə görə, bu və ya digər təsisatların fəaliyyəti zamanı ölkə qanunvericiliyinə hörmət önəmlidir.

C.Bayramov “Rus Evi” ilə bağlı ən son təmasların bir neçə həftə əvvəl olduğunu diqqətə çatdırıb. Nazir qeyd edib ki, “Rus Evi”nin bağlanmasına dair yarım qalan məsələlər mövcud olub və bu proses çərçivəsində Rusiya nümayəndələri Bakıya səfər edib. Son nəticədə isə “Rus Evi”nin bağlanmasına dair bütün məsələlər həll edilib və tam ləğv prosesi baş tutub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar