Ru
16:04 / 09 Sentyabr 2025

Nazirlik İTS və TƏBİB-də yoxlamalara başladı

Nazirlik İTS və TƏBİB-də yoxlamalara başladı
Eye

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) də yoxlamalara başlayıb.

Bakupost.az Unikal.az-a istinadən xəbər verir ki, maliyyə yoxlamaları hazırda davam etdirilir.

Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev məlumatı təsdiqləyib və bildirib ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) qanunamüvafiq qaydada nəzarət tədbirləri həyata keçirilir.

O qeyd edib ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirlərinin nəticələri mütəmadi olaraq Nazirliyin rəsmi internet səhifəsində dərc olunur və ictimaiyyətə açıqlanır.

Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in icraçı direktoru isə Vüqar Qurbanovdur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar