Ru
11:41 / 14 Yanvar 2020

Nazirlik vakansiya elan etdi - İşsizlərin DİQQƏTİNƏ!

Nazirlik vakansiya elan etdi -  İşsizlərin DİQQƏTİNƏ!
Eye

Kənd Təsərrüfatı Nazirliyi 435 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul üçün müsabiqə üzrə müsahibə elan edib.

BakuPost-a nazirlikdən daxil olan məlumata görə, yanvarın 13-dən bu vakant vəzifələr üzrə sənəd qəbulu başlayıb.

Təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.

Müsahibə mərhələsi üzrə qeydiyyat fevralın 11-dək davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyi hüquqşünas, maliyyə, informasiya texnologiyaları, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti üzrə müvafiq ixtisası olan şəxsləri müsahibələrdə iştiraka dəvət edir.

Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı, Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru və texniki nəzarətin təşkili sektoru üzrə müəyyənləşib.

Şərhlər
  • Vüsal balayev

    Salam ali tehsilliyem menim adım Vüsaldir bilecerde qaliram 35 yaşım var ailəliyəm bir uşağım var mən işsizəm sizdən xahiş edirəm məni işlə təmin ederdiniz pravada BC sürücü işləmək istəyirəm nezaretci 0558014337

  • Ibrahimli

    hara muraciyyet edek?

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar