Ru
15:49 / 25 İyul 2025

Nazirlikdən corab satan aktyorla bağlı AÇIQLQMA

Nazirlikdən corab satan aktyorla bağlı AÇIQLQMA
Eye

Nazirlik: Aktyor Allahverdi Yolçuyevin əlavə sosial təminatdan yararlanması üçün imkanlar nəzərdən keçirilir
Aktyor Allahverdi Yolçuyevlə bağlı məsələlər Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir.

Bakupost.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq, nazirlikdən məlumat verilib.

Bildirilib ki, aktyor dövlət tərəfindən pensiya ilə təmin olunub:

"Bundan əlavə, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq dəstək göstərilib. Həmçinin mövcud qanunvericilik çərçivəsində onun əlavə sosial təminat mexanizmlərindən yararlanması üçün imkanlar nəzərdən keçirilir".

Nazirliyinin cavabında həmçinin vurğulanıb ki, mədəniyyət və incəsənət xadimlərinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə tədbirlər ölkə rəhbərliyinin birbaşa nəzarəti altında davam etdirilir.

Qeyd edək ki, bir neçə gün öncə sosial mediada aktyor Allahverdi Yolçuyevin küçədə corab satması ilə bağlı material yayımlanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar