İranda davam edən münaqişənin enerji obyektlərinə zərbələrə keçməsi dünya neft qiymətlərində növbəti kəskin sıçrayışa səbəb olub.
“Bakupost” xəbər verir ki, Londonun ICE birjasında hərraclar açılan kimi Brent neftinin qiyməti 2022-ci ilin iyunundan sonra ilk dəfə 119 dolları keçib. Daha sonra qiymətlər 114 dollara qədər azalıb, hazırda bu diapazonda ticarət davam edir.
ABŞ-ın WTI nefti isə gözlənilmədən 113 dolları keçib.