Ru
09:54 / 20 May 2026

Neft ucuzlaşıb bu qiymətə oldu

Neft ucuzlaşıb bu qiymətə oldu
Eye

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 0,86 ABŞ dolları və ya 0,73% ucuzlaşaraq 117,30 ABŞ dollarına enib.

Bu barədə Bakupost.az-a neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,81 dollar və ya 0,7% ucuzlaşaraq 114,90 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,79 dollar və ya 0,84% azalaraq 93,43 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,22 dollar və ya 0,19% azalaraq 114,68 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar