Ru
20:32 / 07 Aprel 2026

Nənəsigilə qonaq gedən qız qaçırıldı: Hadisənin TƏFƏRRÜATI - VİDEO

Nənəsigilə qonaq gedən qız qaçırıldı: Hadisənin TƏFƏRRÜATI -  VİDEO
Eye

Aprelin 3-də Tovuz rayonunda qız qaçırma hadisəsi baş verib. Rayonun Əlibəyli kənd sakinləri nənəsigildə qonaq olan 18 yaşlı qızı qaçırıblar.

Bakupost.az xəbər verir ki, Baku TV-yə açıqlama verən oğlanın atası Cəlal Məmmədov gənclərin bir-birini sevdiyini bildirib:

"Qız özü deyib ki, oğlanı sevirəm, əgər ona getməsəm, özümü öldürəcəyəm. Onlar tətil günlərində vaxtlarını bir yerdə keçirirdilər. Artıq barışıq əldə olunub, qızın atası şikayət ərizəsini geri götürür. Qızın 18 yaşı tamam olub, yəni nikah yaşına çatıb".


Hadisəyə münasibət bildirən qızın nənəsi isə qeyd edib ki, gənclər əvvəllər bir-birlərini sevsələr də, sonradan qız bu izdivacı istəməyib. Onun sözlərinə görə, məhz bu səbəbdən oğlan qızı qaçırmaq qərarına gəlib. Lakin nənə hazırda tərəflərin razılığa gəldiyini təsdiqləyib.

Məlumata görə, ailələr arasında yaranan narazılıq artıq həllini tapıb və şikayət geri götürülüb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar