Parisin Notr-Dam kilsəsi 30 ildən sonra ilk toy mərasiminə ev sahibliyi edib.
Bakupost.az xəbər verir ki, bu barədə “New York Post” nəşri yazıb.
Belə ki, arxiyepiskopun xüsusi xeyir-duası ilə kafedralın bərpasına kömək edən dülgər orada evlənib.
“Kilsənin orta əsrlərə aid taxta konstruksiyasını üç il ərzində bərpa edən usta, 29 yaşlı Martin Lorenz oktyabrın 25-də Parisdəki tarixi abidənin içərisində hazırkı həyat yoldaşı Jade ilə and içib. Bu, 1995-ci ildən bəri orada ilk evlilik olub”, - məqalədə deyilir.
Qeyd olunur ki, Notr-Damda toylar olduqca nadir hallarda baş tutur.
Xatırladaq ki, Notr-Damda ən böyük yanğın 15 aprel 2019-cu ildə baş verib. Yanğın onun şillərini məhv edib və dayaq strukturunu zədələyib. Katedralin yenidən qurulması 700 milyon avro tələb edirdi. O, 2024-cü il dekabrın 8-də ictimaiyyət üçün yenidən açılıb. Təntənəli açılışda ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla, çoxsaylı dövlət başçıları iştirak edib.