Ru
11:02 / 01 Noyabr 2016

Nuru Paşanın son yadigarı vəfat etdi

891
1918-ci ildə Bakını bolşevık və daşnaklardan azad etmiş Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın qardaşı nəvəsi Osman Mayatepek dünən gecə vəfat edib.


Bu barədə Modern.az saytına Türkiyə Qəzetçilər Federasiyasının baş katibi Mehmet Ali Dim məlumat verib. O bildirib ki, son vaxtlar ağır xəstə olan Osman Mayatepek ötən gecə Ankaradakı Gülhanə Tibb Akademiyasında dünyasını dəyişib. Mərhumla vida mərasiminin sabah olacağı qeyd edilib.


Osman Mayatepek Türkiyənin hərbi naziri olmuş Ənvər paşanın nəvəsiydi. Məhz Ənvər paşanın dönəmində yaradılmış Qafqaz İslam Ordusu 1918-ci ildə Bakını bolşevik və daşnaklardan azad edib. Qafqaz İslam Ordusunun komandanı Ənvər paşanın qardaşı Nuru paşa olub.


Mərhum Osman Mayatapek Azərbaycana bağlı insan idi. O, Parlamemt Jurnalistləri Birliyinin dəvətilə Bakıda səfərdə olmuşdu.


Allah rəhmət eləsin...

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər