Ru
13:51 / 05 Dekabr 2025

"Onlar Xameneiyə şeir yazanlardır" - Sayman Aruzdan 183 yazara CAVAB

"Onlar Xameneiyə şeir yazanlardır" - Sayman Aruzdan 183 yazara CAVAB
Eye

Güney Azərbaycanın tanınmış yazar və tədqiqatçıları Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Komissiyasına rəhbərlik edən Sayman Aruzla bağlı bəyanat yayıblar.

Bəyanatda Sayman Aruzun “Güney Azərbaycan şöbəsi” adı ilə həyata keçirdiyi fəaliyyətin ədəbi birliyin inkişafına xidmət etmədiyi, bu şəxsin Güney yazarlarını təmsil etmədiyi vurğulanıb.

Məsələ ilə bağlı Bakupost.az -a açıqlamasında Saymaz Aruz bildirib ki, sözügedən siyahıda 5–6 nəfərdən başqa heç kimi ədəbi cameə tanımır:

“İnternetdə axtarsanız, onlarla bağlı bir sətirə də rast gəlməzsiniz. Məsələ burasındadır ki, bizim fəaliyyətimiz xalqımızın gözü qarşısındadır, xidmətlərimizi hər kəs görür. Biz ədəbiyyatımıza sədaqətlə xidmət edirik. Uşaqları bu cür şeylərdən çəkinməyə dəvət edirəm. Mənə elə gəlir ki, bu gün ədəbiyyatımızın həmrəyliyə, yaxşı yazılara ehtiyacı var. Qoy bu ədəbiyyatçılarımız gənc və təcrübəsiz olsalar da, İranda azərbaycanlılara qarşı haqsızlığa etiraz etsinlər, buna qarşı kampaniya aparsınlar. İranda ana dili problemimiz, həbsdə olan bir çox mədəni-milli fəallarımız var, qoy bu problemlərlə bağlı imza kampaniyaları keçirsinlər. İranda Azərbaycanın milli kimliyi hədəf alınır, tarixi torpaqları və tarixi abidələri məhv edilir. Təəssüf edirəm ki, bu dostlar oradakı milli-mədəni kimliyi qorumaq naminə bir addım atmırlar, amma İrandan kimlərinsə sifarişi ilə Azərbaycan vətəndaşı əleyhinə belə kampaniya aparırlar. Təbii ki, bunların hamısı araşdırılır. Zamanla hər şeyin üstü açılır. Çox istərdim ki, zaman bu dostların peşmanlığına səbəb olmasın. Yəni bu gün elə addımlar atmalıyıq ki, gələcəkdə də üzümüz ağ, başımız uca olsun, kimlərinsə oyununa düşüb öz vətənimizə, öz soydaşımıza qarşı belə kampaniyalar aparmayaq. Buna görə də bir an öncə dayansınlar, gedib yaxşı yazılar yazsınlar”.

S.Yavuz vurğulayıb ki, bu kampaniyanın başlanmasının müxtəlif səbəbləri ola bilər:

“Mənim xüsusilə son dönəmdə Cənubi Azərbaycanla bağlı fəaliyyətlərimi bilirsiniz . “Körpü” verilişi, Cənubi Azərbaycanın mədəni ədəbiyyatında Xudafərin körpüsünü müdafiə etmək, müxtəlif TV verilişlərində müsahibələrim...Təəccüblü deyil ki, anti-Azərbaycan mövqelərini hədəf aldığımız üçün həm ölkə daxilində, həm də xaricində Azərbaycan xalqının düşmənlərinin hədəfinə tuş gəlirik. Bəzən bu kimi kampaniyalarda onlar əlbir işləyirlər. Mən onların Azərbaycandakı qollarının olduğunu təxmin edirəm. Həmin adamların İran vasitəsilə Azərbaycana təsir imkanlarının hansı yollarla olduğu barədə də bilgimiz və faktlarımız var.

Məsələ burasındadır ki, İrandan müxtəlif terror qruplaşmaları daim Azərbaycana hücum ediblər. Amma görünür ki, onların hamısı deşifrə olunduğuna və Azərbaycanda həbs edildiklərinə görə, İranda ədəbiyyat adı altında gizlənən və həmin qruplaşmaların üzvləri olan şəxslər (onların çoxunu biz tanıyırıq) bu prosesdə aktivdirlər. Məsələn, o siyahıda adı çəkilən 3-4 nəfər daim İranın dini lideri Ayətullah Xameneiyə şeir yazıb, onun əlindən qızıl pullar almış adamlardır. Bunula bağlı ciddi faktlarımız və şahidlərimiz var. Hətta internet saytlarında da məlumatlar mövcuddur. Yəni həmin adamların vasitəsilə Azərbaycanda mədəni-ədəbi körpü yaradan insanlara və qurumlara qarşı təxribatçı addımlar atmaq təbii ki, kimlərəsə sərf edir”.

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar