Ru
14:07 / 05 Dekabr 2025

“Netflix” dünyanın məşhur kino şirkətini alır – “Paramount” narazıdır

“Netflix” dünyanın məşhur kino şirkətini alır – “Paramount” narazıdır
Eye

“Netflix” “Warner Bros.” studiyasının və HBO kitabxanasının alınması üçün danışıqlara başlayıb.

Bakupost.az “Bloomberg”ə istinadən xəbər verir ki, əgər razılaşma baş tutarsa, “Netflix” yalnız Hollivudun ən köklü studiyasını deyil, həm də HBO-nun kitabxanasına sahiblənəcək. Kitabxanaya “Game of Thrones” – “Taxt Oyunları”, “The Sopranos” – “Soprano Klani”, “The White Lotus” – “Ağ Lotus” məşhur seriallar daxildir.

Bundan əlavə, “Netflix” bu alışla “Harry Potter” və “Dostlar” (“Friends”) kimi bir sıra məşhur filmlər və TV şouların arxivinə sahib olacaq.

“Netflix”in antimonopoliya tənzimləyiciləri razılaşmanı təsdiqləməsə belə, şirkət 5 milyard dollar ödəniş etməyə hazırdır. Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.

Əgər tərəflər razılaşsa, “Netflix Paramount” şirkətini qabaqlayacaq. “Paramount” da “Warner Bros.” alışı üçün namizəd idi, lakin “çox aşağı qiymət” təklifi səbəbindən razılaşma baş tutmadı. “Netflix”in təklifi “Paramount” rəhbərliyinin narazılığına səbəb olub. Onlar satış prosesini “ədalətsiz” adlandırıb və hətta auksionun “Netflix”in xeyrinə aparıldığını iddia ediblər.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar