Ru
13:00 / 15 Dekabr 2016

Çoban həmkəndlisini öldürdü - Ehtiyatsızlıqdan

Çoban həmkəndlisini öldürdü -  Ehtiyatsızlıqdan
Eye

Kürdəmirdə güllələnmə hadisəsi baş verib.



BakiPost.az-a Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 14-də Kürdəmir rayonu Sovla kəndinin otlaq sahəsində kənd sakinləri Anar Kərimov və Saleh Tağıyev qoyun otararkən ehtiyatsızlıq nəticəsində tüfəngdən açılan atəşlə ölüm hadisəsi baş verib.



S.Tağıyevin ehtiyatsızlığı nəticəsində tüfəngdən açdığı atəşlə A.Kərimova xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş A.Kərimov orada ölüb.



Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Tağıyev tutulub, ondan müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəng götürülüb. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Bakı Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar