16:56 / 15 Sentyabr 2021

“OBA”nın 10 minə yaxın pulunu mənimsəyən əməkdaşına cinayət işi açıldı

334
“OBA Market” MMC-nin Alatava-1 filialının administratoru Nicat Dadaşovun qanunsuz əməlləri ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Yasamal Rayon Prokurorluğundan Bakupost.az -a verilən məlumata görə, aparılan ibtidai istintaqla Nicat Dadaşovun 02.12.2019-cu il tarixdən 28.05.2020-ci il tarixədək olan müddət ərzində qeyd olunan vəzifədə işləyərkən administratoru olduğu müəssisənin büdcəsindən ümumilikdə 9 min 519 manat məbləğində pul vəsaitini müxtəlif qanunsuz üsullarla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Nicat Dadaşova Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (mənimsəmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İş üzrə vurulan ziyanın 3 min 900 manat hissəsi ibtidai istintaq dövründə ödənilib, qalan məbləğin də ödənilməsinə dair tərəflər arasında müqavilə bağlanılıb.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər